Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

10:36 21-04-2018 | icon 2741
Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

“Əbülfəz Elçibəy -80” yubiley tədbirləri ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsindən  daxil olan məlumata görə, iclasda qərara alınıb ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxılsın.

Təşkilat komitəsinin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbirləri ilə bağlı təkliflər səslənib, müzakirərlər aparılaraq bir sıra qərarlar qəbul edilib. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün

Təşkilat Komitəsi özünün işçi qrupunu yaradıb.


Digər xəbərlər

0.27452516555786