Azərbaycan nefti bahalaşıb

10:42 21-04-2018 | icon 4295
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 76,15 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,54 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 75,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 19-da 71,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 19-da 75,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,61 dollar/barel çoxdur.


Digər xəbərlər

0.29201102256775