Bu gün yeni baş nazir seçilir

10:43 21-04-2018 | icon 3123
Bu gün yeni baş nazir seçilir

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Iclasda Azərbaycanın yeni baş naziri təsdiqlənəcək.

Qeyd edək ki, Azərbaycanda hazırkı baş nazir Artur Rəsizadə 1996-cı ildən bu vəzifəni icra edir.

83 yaşlı baş nazirin uzun müddət vəzifədə qalması ictimaiyyət nümayəndələri arasında  tez-tez müzakirələrə səbəb olurdu.  

Hazırda İlham Əliyev Artur Rəsizadə ilə görüşərək uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyinə görə təşəkkür edib.

Bir neçə saatdan sonra isə Azərbaycanın yeni baş nazirinin adı məlum olacaq. 

Onu da qeyd edək ki, bu gün seçiləcək şəxs Azərbaycanın 28-ci baş naziri olacaq.


Digər xəbərlər

0.27626299858093