Bu nazirlər vəzifəsini itirdi - Yenilərin adları

10:47 22-04-2018 | icon 4093
Bu nazirlər vəzifəsini itirdi - Yenilərin adları

Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.

Emək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.

Həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bundan sonra həmin vəzifəni icra etməyəcək. Hökumətin yeni tərkibində onun postuna millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev gətirilib.

S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.

Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi.

Bundan başqa, Baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifov da kabinetdəki vəzifələrini itiriblər. Onlardan birinin yerinə Bakı meri Hacıbala Abutalıbov təyinat alıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsini isə bundan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Rafiq oğlu Nuriyev icra edəcək. Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi bu il fevralın 19-u Abbas Ələsgərov vəfat etdikdən sonra boş qalmışdı.

Məlumat üçün bildirək ki, hökumətin yeni tərkibində bir sıra nazir postlarına təyinat hələlik həyata keçirilməyib. Belə ki, səhiyyə, mədəniyyət və turizm, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hələlik məlum deyil.


Digər xəbərlər

0.25484418869019