Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli maraqlı addım atıb.
50 yaşlı rektor 18 yaşdan sonra valideyn himayəsindən məhrum olan tələbələrin təqaüdlərinin ikiqat artığı ilə verilməsi haqqında əmr imzalayıb. Bu barədə universitetin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilən məlumatda bildirilir.
Qeyd olunur ki, G. Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb.
Rektorun bu addımı atmaqda məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir.
Bildirilir ki, bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...