Deputat həyəcan təbili: “Sahibkarlar pis vəziyyətə düşəcək”
Azərbaycanın bir çox banklarda dolların satış və alış məzənnəsinin daha da enməsi müşahidə olunur
Milli Məclisin deputatı Əli Məsimli baş verənləri Politika.Az-a şərh edərkən deyib ki, bu bankların “qara bazar” rolunu oynamasının təzahürüdür.
Onun sözlərinə görə, ötən ildən başlayaraq sərt kredit siyasəti yeridilir. Bu siyasətin davamı kimi dövriyyədə manat azalır: “Bu Mərkəzi Bankın həyata keçirdiyi
siyasətin nəticəsidir. Ümumiyyətlə götürəndə isə 4 faizlik marja aradan qalxıb. Bundan sonra baş verən hadisələr açıq aydın göstərir ki, marja olanda qara bazarı kim genişləndirirdi.
Məlum olur ki, qara bazarı məhz bir sıra banklar genişləndirirdi. İndi həmin qara bazar rolunu banklar özləri həyata keçirməyə başlayıblar və çalışırlar ki, əhalinin əlində olan dollarları aşağı qiymətə alsınlar. Bir müddətdən sonra isə baha qiymətə satacaqlar. Bunu isə hansısa zaman kəsiyində eləmək olar”.
Ə.Məsimli bildirib ki, neftin qiymətinin sabit qalması da qiymətlərin dəyişməsinə rol oynayır: “Ən dəqiq proqnoz verən qurumlar da yaxın vaxtlarda neftin qiymətinin nəzərə çarpacaq dərəcədə artacağı barədə heç bir proqnoz verməyib.
Eyni zamanda kapital axını, yəni Azərbaycana daxil olan və çıxan valyuta nisbətini götürsək, yenə də kapital axının qarşısının alınması istiqamətində də elə bir ciddi işlər görülməyib. Bunları müqaisə edəndə manatın dollara nisbətdə kursunun qalxması müəyyən zaman kəsiyində olan hadisədir.
Əgər ortada kimlərsə manatın kursunu süni surətdə qaldırıb pul qazanacaqsa, bu Azərbaycan iqtisadiyyatına, maliyyə sektoruna müsbət təsir göstərməyəcək.
Sahibkarlar, bizneslə məşğul olanlar daha pis vəziyyətə düşəcəklər və əhaliyə də belə spekulyasiyalardan zərbə dəyəcək. Əgər süni surətdə manatı sıxmaq siyasəti yürüdülürsə, bir müddətdən sonra dollar kəskin surətlə bahalaşa bilər. Bu da hesab edirəm ki, indiki dövrdə arzuolunan hal deyil”.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...