Prezident Ankaradakı Heydər Əliyev Parkında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.
Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Hazırda parkın ərazisində inşa edilən “Buta” Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...