Ələt qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş olub

10:08 25-04-2018 | icon 3861
Ələt qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş olub

Aprelin 24-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
 
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib.

Keçirilmiş səyyar qəbulda 350-dən çox qəsəbə sakini iştirak edib.

Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 



Digər xəbərlər

0.27849102020264