Eks nazirin dayısı da vəzifəsini itirir
Səlim Müslümovun qohumu görəvdən alınır
Ənvər Seyidəliyevlə bağlı problem iqtidarın diqqətini cəlb edib. 2007-ci ildən Ağsu rayonuna rəhbərlik edən Ənvər Seyidəliyev yaxın günlərdə vəzifəsini itirəcək. Bu barədə xəbər verən hökumət içindəki mənbə iddia edir ki, Ənvər Seyidəliyevlə yanaşı daha 3 rayonda da icra başçısı dəyişikliyi planlaşdırılır.
Xatırladaq ki, Ənvər Seyidəliyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qohumudur. Ağsuda son illərdə baş verən özbaşınalıqlardan dolayı baş qaldıran vətəndaş narazılıqları da məhz bu səbəbdən az qala «yuxarılar» tərəfindən qulaqardına vurulurdu. Seyidəliyevlə bağlı hətta Hesablama Palatası kimi obyektiv qurum belə doğru-dürüst hesabat açıqlaya bilmirdi.
Amma Səlim Müslümovun da nazir postunu itirməsindən sonra Ağsuda bir neçə istiqamətdə ciddi maliyyə yeyintisinin həyata keçirlidiyi müvafiq dövlət qurumları tərəfindən aşkarlanıb. Və həmin faktlar yaxın günlərdə sərt qərarların verilməsini labüd edəcək.
Ağsunun növbəti Quba, İsmayıllı olmaması üçün hakimiyyət rayon əhalisinin əsəblərini kifayət qədər tarıma çəkmiş Ənvər Seyidəliyevlə yollarını ayırmağı qətiləşdirib.
Bildirək ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur.
P.S. Qarşı tərəfi də dinləməyə hazırıq...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...