BDU-da Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rektor Abel Məhərrəmov ölkəmizdə Heydər Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, həmçinin universitetdə beynəlxalq və respublika səviyyəli konfransların təşkil edildiyini vurğulayıb.
A. Məhərrəmov mərhum prezidentin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını xatırladaraq onun hər zaman BDU-ya xüsusi diqqətlə yanaşdığını, qarşıya qoyduğu ali məqsədlərin universitet kollektivinin fəaliyyətinin əsasına çevrildiyini qeyd edib.
Sonra millət vəkilləri Fəttah Heydərov və Fəzail İbrahimli çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...