Prezidentdən yeni agentliyə təyinat
Kamran Sultan oğlu İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Xatırladaq ki, prezidentin 20 apreldə imzaladığı sərəncama əsasən Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.
Qeyd edək ki, K.İmanov buna qədər Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində çalışırdı.
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...