Əliyev Putinə zəng edib
Mayın 7-də prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.
Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlət başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
-
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Video
...
-
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar
...
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...