Ağ rəng qara ləkə götürməz

10:30 11-05-2018 | icon 160
Ağ rəng qara ləkə götürməz
loading...

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Təhsil sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir təhsil işçisi haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.


Tanışım yazıda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığım bir neçə pedaqoq ilə göruşub onun barəsində soruşdum, onun rəhbərlik etdiyi təhsil ocaqının bəzi əməkdaşları ilə söhbətləşdim və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

MEHRİBAN ƏLƏKBƏROVA - 158 №-Lİ TAM ORTA MƏKTƏBİN DİREKTORU

1984-cü ildə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsinə daxil olmuş, 1989-cu ildə universiteti bitirmişdir.1994-cü ildə Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda, Dövlət İslahatlar Komitəsində sədr müavini vəzifəsində işləmişdir.1994-cü il ildə 179 № li tam orta məktəbdə direktor müavini, 2002-2012-ci ildən həmin məktəbə direktor, 2012-2015-ci illərdə 184 № li tam orta məktəbdə, 2015-ci ildən 158 № li tam orta məktəbdə direktor vəzifəsində işləyir.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Mehriban xanımın rəhbərlik etdiyi orta məktəb də belə nümunəvi təhsil ocaqıdır.

Buradakı keyfiyyətli tədris də buna bariz nümunədir.

Bakı şəhərinin ən böyük məktəblərindən biri olan 158 №li tam orta məktəb Yasamal rayon ərazisində yerləşir. İllərdən bəri öz nümunəvi fəaliyyəti ilə fərqlənən təhsil ocaqlarından biri olan 158 № li tam orta məktəb 1961 - ci ildə eyni ünvanda inşa olunmuşdur. Məktəb hər biri 4 mərtəbədən ibarət 3 əsas və 1 yardımçı korpusdan ibarətdir. Təməli qoyulandan yüksək pedaqoji təcrübəsi olan müəllimlərin məktəbə cəlb olunmasının bariz nümunəsidir ki, inşa olunandan bu günə kimi məktəbimiz Azərbaycanda, habelə dünyada öz sözünü söyləmək gücünə malik məzunlar yola salmışdır. 2011 - 2012 - ci tədris ilində ölkə başçısının sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" olan 158 № li tam orta məktəb hal - hazırda direktor, 5 direktor müavini, 179 müəllim, 2 kitabxanaçıdan ibarət pedaqoji kollektivə malikdir və 2703 şagirdi var. Məktəbdə təlim azərbaycan və rus dillərində aparılır. İkinci xarici dil kimi rus,alman dilləri tədris olunur. Məktəb 2013 - cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəcamına əsasən ilk dəfə əsaslı təmir olunaraq şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Sevindirici, eyni zamanda qürurverici haldır ki, cənab Prezident və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərs ilinin ilk günü 2013 - cü il 16 sentyabrda məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında şəxsən iştirak etmişlər. Məktəbimiz “Bilik Fondu”nun xətti ilə “Qardaşlaşmış məktəblər layihəsi”nə qoşularaq Qax rayonunun 1 saylı məktəb - liseyi ilə qardaşlaşmışdır. 158 № li tam orta məktəb müxtəlif pilot layihələrin iştirakçısıdır: Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunduğu Yasamal rayonunda 3 pilot məktəbdən biridir. Məktəbimizdə ümumtəhsil məktəblərinin pilot məktəbəhazırlıq qrupları təşkil olunub. 2016 - cı ilin dekabr ayından Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu” pilot layihəsi də uğurla həyata keçirilir. 2016 - ci ildə "Yaz həyəti" layihəsində məktəbimiz "Nümunəvi yaz həyəti" nominasiyası üzrə Cənab nazirin imzası ilə I yerə layiq görülmüşdür. Bir çox layihələrin uğurla icra edildiyi məktəbimizdə ilboyu müxtəlif ali təhsil müəssisələrindən 500 - dən artıq tələbə təcrübə keçmək məqsədilə gəlir. Uğurlu təlim - tərbiyənin, yüksək təhsilin nəticəsidir ki, bu 2703 gün məktəbimizin şagirdləri öz sözlərini bir çox sahələrdə deməyə müvəffəq olmuşlar. Məktəb "Gənc Lütfizadələr" yetişdirməkdədir. Bunun əyani sübutudur ki, 6 - cı sinif şagirdi Məmmədov Kamran - məntiq olimpiadasında respublika üzrə 28835 nəfər arasında 83 medalistdən biri olmuşdur. Məktəbin idman sahəsində uğurları da saysızdır. Bakı - 2015 Avropa oyunlarında 21 qızıl medalçıdan 2 nəfəri - Ayxan Tağızadə və Elvin Mürsəliyev məktəbin məzunlarıdır. 2016 - cı ilin dekabr ayında məktəbin şagirdi Qasımov Hacalı sambo üzrə dünya çempionatında erməni idmançıya 6:0 hesabında qalib gələrək dünya çempionu adını qazanmışdır. Məzunlarımız ali məktəbə qəbulu üzrə göstərici daima 60-70% səviyyəsində olmuşdur. Yüksək təhsilləri zirvələri fəth etməyi qarşısına məqsəd qoyan direktor Mehriban Ələkbərova və geniş kollektiv daha geniş uğurların əldə olunması, şagirdlərin daha yaxşı şəraitdə təhsil olunması üçün əlindən gələni əsirgəmir.

Görülən işlər nəticəsində burada da şagirdlərin yüksək səviyyədə təhsil almaları , müəllimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.Mehriban xanım buraya direktor təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bu yaxınlarda yenə də yolumu bu məktəbdən saldım. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə valideynlə söhbət etdim, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, direktor Mehriban xanımdan,bütün müəllimlərdən çox razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.

Bu müddət ərzində bu qədər iş görmüş kollektiv sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Elin gözü tərəzidir

P.S.Di gəl, çox təssüflər olsun ki,Mehriban xanımın uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.083590984344482