Prezidentin qızı məşhurlarla bir arada - Fotolar+ Video
Bu gün “Həyat Fondu”nun yaranmasından bir il ötür.
Bu münasibətlə “Buta Palace”də təntənəli tədbir təşkil olunub.
Tədbirə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri qatılıb.
“Yardım et, həyat ver” devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Məclis Azərbaycan dövlət himni ilə başlayıb, “Həyat Fondu”nun fəaliyyəti bağlı hesabat xarakterli videoçarx yayımlanıb.
Tədbirin aparıcıları Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva olub. Səhnədə Azərbaycan xalq artistləri Fidan və Xumaran Qasımovalar sözləri Leyla Əliyevaya məxsus “Ürək yaddaşı” mahnısını səsləndiriblər.
Bundan əlavə, ad günündə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.
Həmçinin, “Həyat Fondu”nun təsisçisi Hacı Nuran Hüseynov xeyriyyə işlərində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Fotolar: Nuran Məmmədov
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...
-
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar
...
-
Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
...
-
Sabaha 21° isti proqnozlaşdırılır
...
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Xankəndi belə dəyişdi - Yeni görüntülər
...