“Nazirdən quzu iyi gələr...” - Hamı bu fotodan danışır

21:00 12-05-2018 | icon 4232
“Nazirdən quzu iyi gələr...” - Hamı bu fotodan danışır

"Mən bu qədər ömür sürdüm, belə nazir görməmişdim. İnsan nə qədər sadə,nə qədər mədəni və geniş diapozonlu olar.”

Bu sözləri Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov deyib.

O, kənd təsərrüfatı naziri İnam Kərimovla Yalavanc kəndindəki görüşdən təəssüratını bölüşüb:

 

"Mənə ürək-dirək verdi ki, heç nədən çəkinmə mal- qara və qoyun-quzunu artırın. Cənab nazirimiz İnam Kərimov fermərlərə hər cür  dəstək olacağını da bildirdi. Quzunu qucağına alaraq nazirdən quzu iyi gələr dedi. Bizə baş üstə deməkdən savayı, başqa söz qalmadı”

Qeyd edək ki, sözügedən foto dünəndən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İ. Kərimovun fəaliyyətinə ucqar kəndlərə səfər etməklə başlamasını izləyicilər yüksək qiymətləndirib.

***

Xatırladaq ki, adıçəkilən fermer bundan əvvəl də bir neçə dəfə üzləşdiyi problemlərdən, sosial qayğılardan danışıb.

Sosial şəbəkələrdə aktiv vətəndaş mövqeyi ilə məşhurlaşan İldırım Məmmədov “Qafqazinfo”nun Qubanın Yalavanc kəndinə səfəri zamanı bir kənd ağsaqqalı kimi mövcud çatışmazlıqlardan danışaraq orada hətta orta məktəb tikməyin bir xəyal olduğunu bildirib:

“Belə kənd olmaz, bura qapalı müəssisə kimi bir şeydir. Xüsusi dövlət konsepsiyası olmalıdır, uşaqlar üçün maşın ayrılmalıdır. Maşın aparmalıdır, uşaq dərsini keçib, yenə minib qayıtmalıdır. Bizdə Yüksək Texnologiyalar Nazirliyi var da... Amma bura əsgərlikdən məktub gələndə 8 aya çatır. Xəstəxanada da vəziyyət eynidir: barmağı kəsən də, qaşı düzəldən də eyni həkimdir”.

Sözügedən videoreportajı bir daha diqqətinizə çatdırırıq:

 



Digər xəbərlər

0.32817792892456