Kondisionerli, enli qapılı, əlillərin rahat olacağı metro qatarları gətirildi
Bakı Metropoliteninin Rusiyadan sifariş etdiyi ikinci qatar da Azərbaycana gətirilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb. Artıq ikinci qatar da Azərbaycandadır. Hazırda Rusiyadan gələn mütəxəssis heyəti ilə bərabər yerli mütəxəssislər tərəfindən qatarın istifadəyə verilməsi prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq. Gətirilən ilk qatar isə aprelin 21-dən xəttə buraxılıb.
N.Paşayevin sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.
Qatarlarda mövcud olan ultrabənövşəyi işıqlar vasitəsilə hava bioloji olaraq tənzimlənir. Bu qatar bütün texnoloji avadanlıqlar baxımından ən son nəslə aid qatardır.
Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur. Bundan əlavə hər vaqonda fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabalarının dayanması üçün yerlər var. Qatar, həmçinin sərnişin tutumuna görə də digər qatarlardan üstündür, onun istismar müddəti 31 ildir.
Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.
-
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - Fotolar
...
-
İlaxır çərşənbənin havası
...
-
Salyanda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
...
-
Nəcib insan, Bacarıqlı rəhbər -Fəzail Mehdiyev haqqında böhtan yazanların nəzərinə
...
-
Azərbaycana yaz gəlir
...
-
Səttar Möhbalıyev “Azərbaycanla Gürcüstan arasında münasibətləri yeni keyfiyyət çalarları ilə genişlənir”
...
-
Qar, dolu, 18° isti - Sabahın havası
...
-
Ramazanın yeddinci gününün duası - İmsak və iftar vaxtı
...
-
Nurlu sabaha, xoşbəxt gələcəyə inam bayramı
...
-
Bayramlar içində ən gözəli
...