“Nar” yeni “Avropa” paketini təqdim etdi
“Nar” tamamilə yeni “Avropa” paketini təqdim etdi. Hər bir anı dostlarla paylaşmaq üçün artıq xaricdə Wi-Fi axtarmağa ehtiyac yoxdur.
Bu fürsətdən istifadə edərək Avropanın bir çox ölkələrinə internetlə bərabər səyahət etmək və rominqdə hər 1 MB üçün cəmi 2 qəpik ödəyərək internetdən bolluca faydalanmaq olar. Trafik 200 MB təşkil edir, paketin qiyməti isə 4 AZN-dir.
Paketə *777#078#YES yığaraq və ya “şəxsi kabinet” vasitəsilə qoşulmaq mümkündür. Qeyd edək ki, paketi istənilən qədər sifariş etmək olar və paket çərçivəsində sifariş edilən bütün bonuslar toplanır. Paketdən istifadə müddəti 15 gündür. Bu müddət tamamlanmadan trafik bitərsə, hər 1 MB-ın dəyəri 30 qəpik təşkil edəcək. Paketin istifadə müddəti bitdikdə, hər 1 MB-ın dəyəri zonaya uyğun hesablanacaq.
Bonusları yoxlamaq üçün *777#20#YES yığmaq lazımdır. “Europe” və ya “Avropa” yazıb 777 nömrəsinə göndərərək, həmçinin nar.az internet səhifəsinə daxil olaraq paket barədə əlavə məlumat əldə etmək olar.
-
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
...
-
“Nar” şəhid övladları üçün “YAŞAT” düşərgəsinə dəstək oldu - Fotolar
...
-
“Nar” ana dilinin inkişafına töhfə verməyə davam edir - Fotolar
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir
...
-
Azərbaycan neftinin qiyməti 87 dollara çatır
...
-
“Nar” qəbul imtahanının bitməsi münasibətilə abituriyentləri təbrik edir
...
-
Taksilərin qiyməti bahalaşdı
...
-
Milli Mətbuat Günü münasibətilə intellektual yarış keçirildi - Fotolar
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...
-
Azərbaycan nefti 84 dollara satılır
...