“Nar” yeni “Avropa” paketini təqdim etdi
“Nar” tamamilə yeni “Avropa” paketini təqdim etdi. Hər bir anı dostlarla paylaşmaq üçün artıq xaricdə Wi-Fi axtarmağa ehtiyac yoxdur.
Bu fürsətdən istifadə edərək Avropanın bir çox ölkələrinə internetlə bərabər səyahət etmək və rominqdə hər 1 MB üçün cəmi 2 qəpik ödəyərək internetdən bolluca faydalanmaq olar. Trafik 200 MB təşkil edir, paketin qiyməti isə 4 AZN-dir.
Paketə *777#078#YES yığaraq və ya “şəxsi kabinet” vasitəsilə qoşulmaq mümkündür. Qeyd edək ki, paketi istənilən qədər sifariş etmək olar və paket çərçivəsində sifariş edilən bütün bonuslar toplanır. Paketdən istifadə müddəti 15 gündür. Bu müddət tamamlanmadan trafik bitərsə, hər 1 MB-ın dəyəri 30 qəpik təşkil edəcək. Paketin istifadə müddəti bitdikdə, hər 1 MB-ın dəyəri zonaya uyğun hesablanacaq.
Bonusları yoxlamaq üçün *777#20#YES yığmaq lazımdır. “Europe” və ya “Avropa” yazıb 777 nömrəsinə göndərərək, həmçinin nar.az internet səhifəsinə daxil olaraq paket barədə əlavə məlumat əldə etmək olar.
-
Salyanda “Aqrar sahənin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
...
-
Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur
...
-
Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq - Sadə və sürətli!
...
-
Neftimizin qiyməti 80 dollara çatır
...
-
“Maxim” dəstək xitməti neçə “layk” alır?
...
-
“AYNA-nın həyata keçirdiyi yeniliklərə dəstək olacağıq” - Faiq Seyidov
...
-
“Nar”ın baş direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib - FOTO
...
-
MM taksi fəaliyyətinə dair yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklikləri ilk oxunuşda qəbul edib
...
-
İcra başçılarının vəzifələri artırıldı
...
-
“Azeri Light”ın qiyməti 76 dollara düşdü
...