Nazir əlil gəncə vəzifə verdi - Fotolar
Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iki gözü və bir qolu olmayan gənc əlilə vəzifə verib. Bu barədə Unikal.org-a Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova məlumat verib.
O vurğulayıb ki, nazir Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmiş 1989-cu il təvəllüdlü Qədir Zakir oğlu Qurbanovu Yasamal rayon 2 saylı poçt filialında mühəndis vəzifəsinə təyin edib.
R.Cəfərovanın sözlərinə görə, bir müddət əvvəl Qədir Zakir oğlu Qurbanovun işlə təmin olunması üçün nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etdik: "Cənab nazir dərhal Q.Qurbanovla bağlı xüsusi göstəriş verdi və o, Yasamal rayon 2 saylı poçt filialında mühəndis vəzifəsinə təyin olundu. Qədir Qurbanov iki gözü və bir qolu olmamasına baxmayaraq işini bilən savadlı oğlandır”.
Məsələ ilə bağlı Qədir Qurbanovun özü də məlumat verib. O, öncə təyinatına görə, nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə özü və ailəsi adından təşəkkür edib: "Atam hazırda təqaüddə olan polis mayorudur. Füzulidə gedən döyüşlər zamanı atam da iştirak edib. 5 yaşımda atamı görmək üçün onun yanına getmişdim. Böyük Bəhməni kəndində ermənilərin atdığı mərmi yanımda partladı. Nəticədə iki gözümü və bir qolumu itirdim. Əlil olmağıma baxmayaraq daima təhsilimlə maraqlanıram. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Cənab nazir məni işlə təmin etdi”.
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...
-
Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir
...