ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95 İLLİK YUBİLEYİ
10 may qüdrətli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd olunur. Bu münasibətlə elə həmin gün dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi 295 saylı tam orta məktəbin kollektivi tərəfindən yad edildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə, qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbiri məktəbin direktoru, millət vəkili Dilarə xanım Cəbrayılova öz nitqi ilə açıq elan etmiş və ulu öndər Heydər Əliyevin təhsilin gücləndirilməsi uğrunda gördüyü işlərdən danışmışdır. Dilarə Cəbrayılova həmçinin bildirdi ki, ümummilli lider Heydər Əliyev nəyinki təhsilin, o həmçinin tibbin, İncəsənətin, idmanın və digər sahələrin inkişafı üçün də əlindən gələni etmişdir. Daha sonra məktəbin tarix və ədəbiyyat müəllimləri də öz fikirlərini kollektivlə bölüşüb. Kollektivimiz adından qüdrətli dövlət xadimi, böyük siyasətçi, ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik.
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...