AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

17:35 06-05-2018 | icon 3841
AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

  2018-ci ilin may ayının 5-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ramana qalası ətrafında yaşıllaşdırma işləri aparıldı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş bu aksiya Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr edilmişdir.

           Ağacəkmə aksiyasında  Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, millət vəkili Dilarə xanım Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcova, məktəb direktorları və direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

           Ramana qalası ətəyində təşkil edilmiş bu aksiya hər kəs tərəfindən yüksək qiymətləndirilir və hər zaman yaşıllaşdırmaya böyük önəm vermiş Ulu öndər Heydər Əliyev irsinin davam edilməsini, ekoloji mədəniyyətin genişlənməsini təbliğ edir.

 

Digər xəbərlər

0.31102991104126