Neftimizin bir bareli 79 dolları ötüb

10:35 17-05-2018 | icon 3475
Neftimizin bir bareli 79 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 79,28 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,67 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə mayın 15-də 78,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.


Digər xəbərlər

0.27217292785645