“ŞƏRQDƏ İLK QALİBİYYƏT GÜNƏŞİ”
Mayın 16-da 46 sayli orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” nə həsr olunmuş “Şərqdə ilk qalibiyyət günəşi” adlı tədbir keçirildi.
Tədbir məktəbin həyətində şagirdlərin rəsmlərindən, əl işlərindən, dulusçuluq nümunələrindən, milli naxışlarla toxuma işlərindən və milli mədəniyyətimizlə bağlı qədim əşyalardan ibarət təşkil olunmuş sərginin nümayişi ilə açıq elan olunub.
Tədbirin fəxri qonaqları: Millət vəkilləri – Məlahət Həsənqızı, Sahilə Abbasova, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının sədri Azər Quliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri,Təlimə dəstək mərkəzinin əməkdaşları idi.
Tədbir Azərbaycan Dövlət Himni ilə başlandı. Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyi ilə əlaqədar məruzə ilə məktəbimizin direktoru Sevinc Budaqova çıxış etdi. Sonra çıxış üçün söz Nəsimi rayon İcra başçısı Asif Əsgərov verildi.
Tədbir məktəb xorunun ifasında mahnılar, şagirdlərimiz Azərbaycan Cümhuriyyətinə həsr olunmuş şeirlər söylədilər, məktəbin rəqs qrupunun ifasında “Cəngi” rəqsi təqdim olundu. Tədbir məktəbin idmançılarının - yüngül atletika, güləş və boks nömrələri ilə davam etdi.
Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış etdi, gələn qonaqları, şagirdləri və müəllimləri təbrik etdi və öz təşəkkürünü bildirdi.
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...