Mirheydər Səfiyev: "Uşaq futboluna daha çox önəm verməyi düşünürük"

16:42 18-05-2018 | icon 104
Mirheydər Səfiyev:
loading...

Premyer-liqadan fərqli, birinci divizionda mübarizə artıq sona çatıb. Mövsümü 8-ci pillədə tamamlayan İmişli təmsilçisi “Mil-Muğan” klubun prezidenti Mirheydər Səfiyevin mövsümün yekunları ilə bağlı Olimpsport.az-a verdiyi müsahibəni təqdim edirik:

- Artıq mövsümə yekun vuruldu. Komandanızın çıxışdan, ümümiyyətlə,  birinci divizionda rəqabətdən razı qaldız?

- Düzü, komandamızın çıxışdan çox da razı qalmadım. Turnir cədvəlindəki mövqeyimiz də məni qane etmədi. Ümumilikdə isə birinci divizionda rəqabət hər zaman olub. Hətta mən deyərdim ki, bəzi oyunlar premyer liqa səviyyəsindən də üstün, gərgin və maraqlı oldu.

- “Mil-Muğan” gələn mövsümdə də divizionda mübarizə aparacaq ya Premyer Liqa haqda düşünürsüz?

- Bildiyiniz kimi mövsümü 8-ci pillədə başa vurduq. Bu isə premyer liqaya vəsiqə üçün əsas vermir.

- “Xəzər”  çempion olsa da növbəti mövsüm divipn 5-ci pillədə tamamlamış “Sabah”  elitaya yüksələcək... 

- Hazırda lisenziya ilə bağlı bəzi tələblər var ki, onları yerinə yetirmək vacib şərtdi. Əgər “Sabah” klubu lisenziya ala bilibsə demək onların bu baxımdam problemi yoxdu. Premyer Liqada mövsümü sona çatdırmaq üçün federasiyalarının bank təminat verə biliblər. Bizim də stadion, infrastrukturla bağlı sənədlərimizdə heç bir problem yoxdu. Stadionumuz UEFA-nın da lisenziyasını alıb. Sadəcə, maliyyə problemlərimiz yarana bilər. Bank təminatı olmalıdır ki, biz də Premyer Liqada çıxış edə bilək. Sponsor tapılarsa, Premyer Liqada oynamağa hazırıq.

- Dediniz ki, komandanın çıxışdan narazı qalmasız. Gələn mövsüm üçün heyətdə dəyişikliklər gözlənilir?

- Mövsüm yeni başa çatıb. Bu haqda indidən nəsə demək tezdi. Amma, çox güman ki, bəzi deyişikliklər də olacaq. Bizdə aşağı yaş qrupları fəaliyyət göstərir. Uşaq futboluna daha çox önəm verməyi düşünürük. Ola bilər ki, onlardan əsas heyətə də cəlb olunanlar olsun.

- AFFA İK-nın iclasında təklif oldu ki, Premyer Liqa klublarının əvəzedici heyətləri birinci divizionda mübarizə aparsınlar...

- Məncə çox düzgün addım olar. Bununla divizionda komanda sayı artar,rəqabət olar. Həm də şəffəflıq təmin olunar.

- Şəffaflıq demişkən, bu mövsüm də divizonda oyun alqı – satqısı əsas müzakirə mövzusu oldu...

- Bütün bunlar çirkinlik, futbol adına ləkədi. Elə işlərlə məşğul olan adamlar qanun qarşısında cavab verməli olacaqlar. Artıq federasiya ilə hüquq mühafizə orqanları arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Ciddi tədbirlər görülür. Əminəm ki, tezliklə futbolumuz bu bəladan da xilas olacaq.


Digər xəbərlər

0.33538103103638