Prezidentin vəzifə verdiyi yeni icra başçısı kimdir?

18:16 19-05-2018 | icon 4337
Prezidentin vəzifə verdiyi yeni icra başçısı kimdir?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilib.

 İcra hakimiyyətindən Axar.az-a verilən məlumata görə, icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edib.

Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.


Digər xəbərlər

0.23881101608276