Partlayışla bağlı vəzifəli şəxs saxlanıldı
Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub.
3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi “Azərtransservis” ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.
Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
-
Rəşad Dağlı ilə bağlı nə qərar olacaq?
...
-
Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olundu
...
-
DTX İŞİD-in mühasibini saxladı
...
-
“Papanin” və “Kubinka”da növbəti əməliyyat - 13 nəfər tutuldu
...
-
Bakıda vəzifəli şəxs həbs edildi
...
-
DİN İranın cəsus şəbəkəsini çökdürməkdə davam edir - 39 nəfər saxlanılıb
...
-
Bakıda fırıldaqçı jurnalist peyda olub - FOTO
...
-
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı
...
-
“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi hadisə
...
-
Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı? - Rəsmi
...