“Nar”dan Ramazan fürsəti

11:37 23-05-2018 | icon 3456
“Nar”dan Ramazan fürsəti

Bütün “Nar” abunəçiləri, Ramazan ayı boyunca balanslarına yüklədikləri qədər məbləği dərhal bonus olaraq qazanırlar. Ramazan bonusları ölkədaxili bütün istiqamətlərdə zənglərə, həmçinin SMS və mobil internet xidmətindən istifadə etmək üçün sərf edilə bilər.

 Ramazan kampaniyasına qoşulan abunəçilər, faktiki olaraq, ikiqat sərfəli qiymətə danışmaq imkanı əldə edir. Üstəlik, “Nar” abunəçisi mobil xidmətlərdən istifadə edərkən, xidmət haqqı ilk növbədə balansdakı məbləğdən deyil, bonuslardan çıxılır. Kampaniyaya qoşulmaq üçün sadəcə *777#710#YES şifrəsini yığmaq kifayətdir.

Qeyd edək ki, Ramazan bonusu qazanmaq üçün balansı ən azı 2 AZN məbləğində artırmaq lazımdır. Bu kampaniya tamamilə pulsuzdur və heç bir əlavə ödəniş mövcud deyil. Kampaniya iyun ayının 19-na qədər davam edəcək. Bonusların istifadə müddəti kampaniyanın sonuna qədərdir. Bonusları *777#20#YES şifrəsi ilə yoxlmaq mümkündür.

 


Digər xəbərlər

0.29278683662415