Londonda AXC ilə bağlı tədbir - Nərgiz Paşayeva da qatıldı
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin Böyük Britaniyadakı səfirliyinin və Londonda fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının təşkilatçılığı ilə mərasim keçirilib.
Mərasimdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayeva, Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, Britaniya hökumətinin rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə AXC-nin yaranma tarixi və gördüyü mühüm işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycan ilə Böyük Britaniya arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən də danışıb.
Alan Dunkan çıxışında 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını çox mühüm tarixi hadisə adlandırıb. O, qadınlara səsvermə hüququnu hətta Böyük Britaniyadan da əvvəl verən Azərbaycanın bu məsələdə digər ölkələrə nümunə olduğunu bildirib.
Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbriklərini Azərbaycan xalqına çatdıran Alan Dunkan ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.
Tədbirin sonunda səfirlik tərəfindən ziyafət verilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...