Əliyev fərman verdi - Yeni xidmət yaradıldı
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb.
Prezident İlham Əliyev mayın 25-də “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Maliyyə Monitorinqi Xidməti Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.
Nazirlər Kabineti isə Xidmətin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll edəcək, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görəcək və bu barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...