Bu müəllimlərin maaşı artacaq
"Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək".
Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib.
M.Camalzadə bildirib ki, bu qiymətləndirmədə ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər də iştirak edir: "Həmin müəllimlər yenidən bilik və bacarıqlarını yoxlamaq üçün bu dəfəki qiymətləndirməyə qatılır, özlərini yenidən sınayırlar".
Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirməyə start verilib.
İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may-2 iyun tarixlərində keçiriləcək.
Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 min nəfər müəllimin iştirak edəcəyi gözlənilir.
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...