“Azərbaycan xalqına sülh və rifah arzulayıram” - İtaliya prezidenti
İtaliya prezidenti Sergio Mattarella Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrik məktubunda aşağıdakılar qeyd edilib:
“Cənab Prezident.
Milli bayramınız - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir. Arzu edirəm ki, bu əməkdaşlıq qarşıdan gələn illərdə daha da güclənsin.
Əminəm ki, rəsmi Bakı və Roma regionun digər ölkələri ilə birgə, sülh şəraitində birgəyaşayış dəyərlərinə hörmətlə, bölgədə sabitliyin və sülhün təmin edilməsi məqsədilə konstruktiv fəaliyyət göstərəcək.
Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram”.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...