Prezidentin qızı Bakıda festivalda - Fotolar

19:36 02-06-2018 | icon 3231
Prezidentin qızı Bakıda festivalda - Fotolar

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da festivala qatılıb. O, uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib.

 

Festivalda hər kəs - balaca rəssamlar, rəqqaslar, idmançılar, musiqiçilər öz məharətlərini göstəriblər.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur.

 







Digər xəbərlər

0.24639511108398