Bakıda 1.6 milyardlıq xidmət

11:00 04-06-2018 | icon 4142
Bakıda 1.6 milyardlıq xidmət

Cari ilin ilk dörd ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 642,8 milyon manata çatıb.

 Bakı Şəhər Statistika İdarəsinin hesablamalarına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 28,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,6 faizini təşkil edib.

 

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 1 milyard 294,3 milyon manat olub. 2018-ci ilin yanvar-aprel ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 167,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


Digər xəbərlər

0.2023138999939