İcra başçısının müavini vətəndaşı döydü - VİDEO

11:17 04-06-2018 | icon 2540
İcra başçısının müavini vətəndaşı döydü - VİDEO

Sabirabad rayonu hər zaman zəhmətkeş rayon kimi diqqət mərkəzində olub.Cənab prezident İlham Əliyevin Sabirabad rayonuna mütamadi səfərlərinə baxmayaraq başçının 1 ci müavini Həsən Həsənov rayonu gözdən salmaq məqsədi ilə bütün oyunlardan çixir.Müxtəlif "qəhrəmanlıqları " ilə gündəmə gələn Həsən Həsənov hər zaman "qara əməlləri" ilə məhşur olub.Rayonda Həsən Həsənov təkcə 1-ci müavini deyil, sən demə Sabirabad rayon Dövlət Yol Polisinidə idarə edir.İcra başçısının 1-ci müavini həddini aşaraq, vəzifəsindən sui-istifadə edərək rayon sakini Tağı Tağızadəni döyüb və insanlığa sığmayan söyüşlər edərək həmin şəxsi DYP -nin əməkdaşları tərəfindən şöbəyə apartdırıb. Beləki,BakuPress Milli İnformasiya Agentliyinə Sabirabad rayon sakini Abuşov Fəxrətin müraciətini olduğu kimi sizə təqdim edirik.
Bakupress Agentliyinə Sabirabad şəhər I.Isgenderov 41 ünvanında yaşayan Abusov Fəxrət Taği Oğlu şəxsiyyət Vəsiqəsi : AZE02888782 Nömrəli şəxs tərəfindən 
Muraciət.
Sizdən xahiş edirəm ki , Sabirabad şəhər IH müavini H.Həsənov vəzifəsindən sui Istifadə edərək "Qoçuluq" edib T.Tağizadənin döyülüb təhqir olunmasi, zor tətbiq edərək, avtomobildən duşurdurulməsi Haqqında Muraciətimə Ictimai araşdirma aparmaq ücün kömək edəsiniz. Imza : F.Abuşov

Hadisə ilə tanış olduqda özümüzdə mətəəl qaldıq.Həsən Həsənov Sabirabad RİH-də 1-ci müavindir yoxsa "qoçudur"?Kim ona bu ixtiyarı verib ki,özündən öndə gedən maşını saxlatdırıb maşından düşürüb döysün,söysün sonrada DYP əməkdaşlarını çağırtırıb qanunsuz cərimə elətdirsin.Xatırladaq ki,H.Həsənovun xalasıoğlu Rəcəb Babaşov Qazax RİH -nin başçısıdır.Deyilənə görə H.Həsənov Babaşova çox güvənir.Bələki Həsənov "kor atını" minib rayonda hansı tərəfə istəyir çapır.Məlumatlarda oda bildirilir ki, dərdlərini və problemlərini icra başçısına bildirmək istəyən yerli sakinlər cənab Həsənov tərəfindən əngəllənir. Buda yerli əhali ilə icra başçısı arasında haqlı narazılıqlara səbəb olur. Halbuki,rayon icra başçısı vətəndaşların dediyinə görə insanlarla rəftarından razıdırlar.Bəs görəsən Həsənov niyə kiminsə qurduğu işə,dövlətimizin vətəndaşlarına yaratdığı şəraitə öz qara əməlləri ilə ləkə vurmaq istəyir?.Buna kim bu ixtiyarı verib?
Mətbuatda adı adam döyməkdən tutmuş,siqaret alverinə kimi hallanan H.Həsənov haqqında niyə Prezident Adminstrasiyası ,aidiyyatı orqanlar niyə ölçü götürmür ?Axı Azərbaycan nə feodal ölkə,nədə Həsənov feodal deyil...
Bir maraqlı məqamda var, Sabirabad DYP-nin rəisinin Həsənovun yanında nə gözü kölgəli işi var ki,1-ci müavinin göstərişi ilə oturub durur?
Aidiyyəti qrumlardan xahiş edirik bu məsələni tam obeyktiv araşdırsınlar.Çünki Həsənov yerli sakinlərə zülm edir kimi istəyir döyür,söyür sonrada polislə hədə qorxu gəlir.Bir məmurun bu cür kobud və tərbiyəsiz hərəkətləri dövlətimizə və dövlətçiliyimizə ləkədir.
Bu məlumatla bağlı H.Həsənovun mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.Sabirabad rayon DYP-idarəsinin rəisi ilədə əlaqəmiz nəticəsiz qaldı.
Daha ətraflı videomaterialmızdan izləyə bilərsiniz.
P.S Qeyd edək ki,H.Həsənovun adı qaçaqmal yolu ilə ölkəyə gətrilən siqaret biznesi və müxtəlif vətəndaşları döyüb xəsarət yetirdiyi barədə dəfələrlə mətbuatda adı hallanıb.Görəsən onu dövlət qulluğuna təyin ediblər yoxsa qaydasız döyüş üzrə rinqə?Biz belə görürük ki,Həsənov vəzifə səlahiyyəti ilə rinqi səhv salıb...


Digər xəbərlər

0.2630820274353