Göyçay çayında son durum - Video
Xəbər verdiyimiz kimi Göyçay çayına gələn güclü sel nəticəsində körpü yararsız vəziyyətə düşüb, 30-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, Göyçay çayında müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb.
Yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanılacaq. Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.
Hazırda ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.
Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə Agentlik tərəfindən təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...