“Altes Group” YAP-ı seçdi - Fotolar
25 ildir Azərbaycan bazarında fəaliyyət göstərən “Altes Group” şirkəti daha bir yeniliyə imza atıb.
“Altes Group” ilk özəl təşkilat olaraq Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa başlayıb. Bu münasibətlə şirkətin ofisində tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov iştirak edib. O, çıxışında partiyanın fəaliyyət göstərdiyi illər ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Yasamal rayon ərazisində partiya üzvlərinin sayı 31 mini, ölkədə isə 750 mini keçib.
Daha sonra “Altes Group”un partiyaya üzv qəbul edilən 15-ə yaxın əməkdaşına vəsiqələr təqdim olunub. YAP-ın şirkətdəki nümayəndəliyinin İdarə Heyətinin sədrliyinə şirkətin prezidenti Rüstəm Abdullayev seçilib.
5 nəfər isə İdarə Heyətinə üzv seçilib.
İdarə Heyətinin sədri Rüstəm Abdullayev Yeni Azərbaycan Partiyasına üzv qəbul olmağın məqsədləri barədə danışıb.
O qeyd edib ki, ilk olaraq özü partiyaya üzv qəbul olunmaq istəyib. Lakin hesab edib ki, şirkət əməkdaşları ilə birgə bunu həyata keçirmək daha uğurlu olacaq: “Mən bu təklifi edəndə şirkət əməkdaşları bunu xoş qarşıladılar. İlkin mərhələdə 15 nəfər partiyaya qoşuldu. Daha 45 nəfərin isə qoşulması gözlənilir. Mənim həyat yoldaşım da tələbə vaxtından partiyanın üzvüdür. Üzvlərin hamısı inandığım adamlardır. Hesab edirəm ki, bu da bizim partiyaya dəstəyimizdir. Biz də görürük ki, ölkənin iqtisadiyyatın inkişafında partiyanın çox böyük rolu var. Biz də özümüzə borc bildik ki, partiyaya üzv olaq”.
Qeyd edək ki, "Altes Group" şirkətlər qrupu strateji cəhətdən bir neçə mühüm istiqamət üzrə öz fəaliyyətini həyata keçirir. Holdinq Azərbaycanın ən iri əczaçılıq şirkəti olan "Altes Pharm" şirkətindən, tikinti üzrə ixtisaslaşmış tikinti şirkətindən və həmçinin, "Altes Construction" adlı memarlıq-mühəndislik layihələşməsindən ibarətdir.
İlk dəfə olaraq Amerikadan dərman məhsullarının idxalını “Altes Group” şirkəti həyata keçirib. Bundan əlavə, şəhərimizin memarlıq baxımından xarici görünüşünün dəyişməsinə ilk töhfəni də “Altes Group” şirkəti verib.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...