Prezident 3 milyon manat ayırdı - Yeni yol tikiləcək

19:18 04-06-2018 | icon 4368
Prezident 3 milyon manat ayırdı - Yeni yol tikiləcək

Prezident İlham Əliyev iyunun 4-də “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

 

Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş hissədən təmin ediləcək.


Digər xəbərlər

0.24222183227539