Azərbaycan nefti ucuzlaşdı

08:32 05-06-2018 | icon 2994
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,8 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,84 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 1,8 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 73,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,49 dollar/barel ucuzlaşıb.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 74,88 dollar/barel təşkil edib. Burada əvvəlki qiymətdən 1,59 dollar/barel azlama qeydə alınıb.


Digər xəbərlər

0.31507515907288