Rusiya ilə Azərbaycan Nardaranda birgə film çəkir
Azərbaycan və Rusiya kinematoqrafları Bakıda "Gecə qabarması" filminin çəkilişinə başlayıb.
Ekran işinin rejissoru İsmayıl Səfərlidir. Çəkilişlər Xəzər sahillərində - Nardaran qəsəbəsində aparılır. Baş rolda Həmayıl Həsənova çəkilir. Filmdə Günəş Mehdizadə, Rasim Cəfər, Vüsal Əzizov, Fərid Aslanov, Qurban İsmayılv kimi aktyor və aktrisalar da rol alıblar.
Filmin ssenari həmmüəlifi Mariya Zelinskaya, prodüserləri Aleksandr Rodnyanski, Sergey Melkumov və Mariya İbrahimovadır.
Çəkilişdə iki şirkət iştirak edir: Rusiyanın "Non-Stop Production" və Azərbaycanın "Cinex Productions" şirkəti. Film 2019-cu ildə nümayiş olunacaq. Qeyd edək ki, film Sara adlı 14 yaşlı qızın balıq tutarkən itkin düşən atasının ölümü ilə barışmamağı haqqındadır. O, bu itki ilə barışmır və haqlı olduğunu sübut etmək üçün ailəsinin, kəndin adət-ənənələrinə qarşı çıxır. O, əmindir ki, itən balıqçı kəndin üzərinə çökən bədbəxtliyin səbəbinə çevrilib.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...