Qurban Qurbanovlu millimizdən 21 pilləlik irəliləyiş

19:14 07-06-2018 | icon 2702
Qurban Qurbanovlu millimizdən 21 pilləlik irəliləyiş

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.  Azərbaycan yığması bu gün açıqlanan siyahıda 21 pillə irəliləyib. Komandamız hazırda 321 xalla 105-ci pillədə qərarlaşıb.

Avropa Millətlər Liqasında yığmamızla bir qrupda yer alan komandalara gəlincə, ən yaxşı göstərici Farer adalarına məxsusdu. Bu komanda üç pillə irəliləyib və hazırda 376 xalla 90-cı yerdə qərarlaşıb. Kosovo 11 pillə irəliləyib. Bu komanda 197 xalla 141-ci yerdədi. Malta isə cəmi 1 pilləlik irəliləyişə sevinib - 65 xalla 184-cü yer.

Millimizin yoxlama oyunu keçirməyə hazırlaşdığı Latviya da 10 pillə irəliləyib. Bu komanda 230 xalla 129-cudu.

İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1558, 2 (2). Braziliya – 1431, 3 (3). Belçika – 1298, 4 (4). Portuqaliya – 1274, 5 (5). Argentina – 1241, 6 (6). İsveçrə - 1199, 7 (7). Fransa – 1198, 8 (10). Polşa – 1183, 9 (9). Çili – 1135, 10 (8). İspaniya – 1126.

Qonşu Türkiyə yığması 38-ci pillədə qərarlaşıb. Bir pillə geriləyən “ay-ulduzlular”ın hesabında 706 xal var.

Bu ayın ən yaxşı göstəricisi 21 pillə irəliləyərək 105-ci sıraya yüksələn Azərbaycana məxsusdu. Ən pis göstəriciyə isə 18 pillə geriləyən Qayana imza atıb. Bu komanda hazırda 73 xalla 182-ci pillədədi.

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini iyulun 19-da açıqlayacaq.


Digər xəbərlər

0.30037093162537