Leyla Əliyevadan daha bir humanist addım
8-14 iyun tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda, xüsusən də Balaxanı qəsəbəsindəki sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi, birkalanması və müalicəsi üzrə növbəti aksiya keçiriləcək.
İctimai Birlikdən verilən məlumata görə, tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər etmiş baytar həkimlər iştirak edəcəklər. Aksiya IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında keçiriləcək.
Bakı və onun ətraflarında sahibsiz ev heyvanlarının populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə təşkil edir. Qeyd edilməlidir ki, cəmi bir dişi it və onun balaları cəmi 7 il ərzində dünyaya 67 minə qədər bala gətirə bilər.
Bir çox ölkələrdə tətbiq edilən CVNR üsulu (tut-axtala-peyvəndlə-burax) sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi və rifahının təmin edilməsinin ən effektiv və humanist yoludur. Buna görə də IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başladığı gündən heyvanların intensiv şəkildə sterilizasiyası və peyvəndlənməsi ilə məşğuldur ki, bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınmış olur.
Məlum olduğu kimi, Bakı şəhərinin Balaxanı qəsəbəsi küçə itlərinin ən sıx olduğu ərazidir. Bu baxımdan təşkil edilən aksiya zamanı əsasən bu ərazilərdə mövcud olan itlər sterilizasiya ediləcək.
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...