Dünya çempionatının gözəlləri - Mundiala 2 gün qaldı
Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının başlamasına artıq 2 gün qalıb. Bütün dünyanın gözlədiyi 4 ilin ən böyük yarışının startına kimi artıq bir sıra maraqlı məqamlar diqqət çəkir.
Bunlardan biri də DÇ-nin gözəlləridir. Mundialı izləyəcək məşhur modellər və müğənnilər həmişə diqqət mərkəzində olub. Bu dəfə də “ox” onlardan yan keçməyib. Rusiya mətbuatı bu mötəbər yarışı izləyəcək və birbaşa iştirakçı olacaq məşhur xanımların siyahısını hazırlayıb.
Onları sizə təqdim edirik:
Viktoriya Lopyreva
Rus futbolunun əsas gözəlliyi həmişə onun simasında cəmləşir. DÇ-nin səfiri olan model jurnalistləri ekskursiyalara aparır, azarkeşlərlə görüşür və futbolçulara göstərişlər verir. Bu da pərəstişkarlarını rulandırır.
Şakira
İspaniya millisinin müdafiəçisi Xerard Pikenin həyat yoldaşı 2010-cu ildən bu tərəfə DÇ-lərin daimi ulduzu olub. Məhz Cənubi Afrika Respublikasında keçirilən DÇ-2010-nun himnini də o yazmışdı. Şakira Rusiyada keçiriləcək mundialda da tez-tez stadionlarda görünəcək.
Kseniya Kovolenko
Rusiya qadın futbol komandasının müdafiəçisi kişilər komandasını dəstəkləmək üçün daim stadionda olacağını bildirib. Türkiyə ilə son yoxlama görüşündə baş məşqçi Stanislav Çerçesovla görüşən xanım futbolçu bu dəfə də arenaların bəzəyinə çevrilməyi düşünür.
Alessandra Ambrozio
Braziliyalı supermodel turnirin başlamamışdan öncə Rusiya milli komandasına sevgisini açıq-aşkar bildirib. O, hətta DÇ-dən öncə Rusiya millisinin formasını geyib fotokameralar önünə də keçmişdi.
Maria Komandaya
O, bir futbol fanatıdır. Xüsusən, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay millisinə dəstəyi ilə diqqət çəkir.
Natalya Oreyro
Uruqvaylı müğənni “Godmother” mahnısı ilə komandasına dəstək olmağı düşünür. O, DÇ bayramını yaşamaq üçün artıq Rusiyaya gəlib.
Daria İsayeva
Futbolçuların daim diqqət mərkəzində olan jurnalistlərdən biridir. Dünya çempionatında Rusiya yığmasına dəstək vermək niyyətindədir.
Eryona Süleymani
Avropanın ən gözəl futbol azarkeşi. İsveçrə millisinin yarımmüdafiəçisi Blerima Dzemailinin həyat yoldaşı AÇ-2016-da bütün dünyanın diqqətini çəkmişdi. O, ərinin ən gözəl məşqçisi hesab olunur. Rusiyada da daim onun yanında olacağını bildirib.
Natalya Vodyanova
O, Rusiyanın Nijni-Novqorod şəhərində DÇ-nin səfiri təyin olunub. Daim komandanın da yanında olacaq.
Yuliya Levçenko
Atlet olan Yuliya Fyodor Smolovun əsas qol ümidlərindən biridir. Rusiya yığması onun dəstəyini hər zaman öz yanında istəyib. Bu dəfə Levçenko tribunalarda olacaq.
Qafqazinfo
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...