Leyla Əliyevanın adından iftar verilib - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada, “Poklonnaya qora”dakı “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb. Tədbir Moskva Müsəlmanları Dini İdarəsi tərəfindən Rusiya Müsəlmanları Dini İdarəsinin və Moskva hökumətinin dəstəyi ilə təşkil olunub.
Iftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və iftar duası oxuyub.
Sonra Moskva müsəlmanları iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.
İftar mərasimində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş “Bir günəş altında” filmi nümayiş etdirilib. “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nömrələri səslənib, Azərbaycanı daha yaxşı tanımaq mövzusunda viktorina keçirilib. Gecənin iştirakçıları Azərbaycan tarixinə dair suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...