Bacarıqlı iş adamı , sadə insan

11:21 07-08-2018 | icon 3871
Bacarıqlı iş adamı , sadə insan
Hərənin bir ömür payı var. Bunu necə yaşamaq seçimi isə yalnız insanın özündən asılı olur. Kimisi şərəfli ömür yaşamaq üçün az qala hər gün, hər gecə zəhmət çəkir, kimisi isə sadəcə yaşamaq xatirinə yaşayır. 50 yaş ömrün müdrikliyə açılan qapısında olan açara bənzəyir. Sən o qapını aça bildinsə, sonrakı illəri yaşamaq bəlkə də daha asan olur.
 
Çünki 50 yaşda insan müdrikləşir, kamilləşir. Bu il 50 yaşını qeyd edən qəhrəmanımız barədə də danışarkən onun şərəfli ömür yaşadığını demək olar. Bir əsrin yarısı... Əslində cavanlığın yaşlandığı, yaşlıların cavan olan ömür yolu adlandırırlar 50 yaşı.
 
Tanınmış iqtisadçı, Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubov bu il 50 yaşını qeyd edib. Hər zaman kübarlığı, insaniyyəti, şəxsiyyəti ilə seçilən Elxan bəy barədə əslində xoş sözlər demək o qədər də çətin deyil. Çünki hər sözündə bir təmkin, hər açıqlamasında bir insani münasibət, hər addımında bir Allaha sevgi hiss olunur.  Biz də öz payımızdan Elxan bəyin 50 illik yubileyini təbrik edənlər arasına qoşulmaq istədik. Mətbuata xüsusi bir hörmət və sevgisi olduğundan hər zaman dəyərli olmağı bacarıb. 
 
Xatırladaq ki, Yaqubov Elxan Ənvər oğlu 1968-ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdırlı kəndində anadan olub. 1985-ci ildə Qaraxıdır kənd orta məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır.

O, 2001-ci ildə dünya üzrə mərkəzi Almaniyada yerləşən bioloji təbabətlə müalicə metodunu (Bioloji Tənzimləyici Təbabət) Azərbaycana gətirib və fəaliyyətə başlayıb. Bioloji Tənzimləyici Təbabət metodları ilə müalicə edən bütün ixtisaslar üzrə həkimləri tam hazırladıqdan sonra 2009-cu ilin fevralından Bioloji Təbabət Klinikasını təsis edib.

Elxan Yaqubov həmçinin yaradıcılıqla və tarixi araşdırmalarla da məşğuldur. O, 2007-ci ildə Prezident İlham Əliyevin həyatından bəhs edən “Hər bir azərbaycanlının prezidenti”, 2012-ci ildə tariximizlə bağlı “Qara xaç yürüşü”, 2014-cü ildə isə Xocalı faciəsi haqda “Torpaq qan ağlayır” kitablarını çap etdirib.

Yubileyiniz Mübarək, 
Elxan müəllim!

Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda,  fəaliyyətinizdə,  yeni-yeni uğurlar arzulayırıq!.. 
Gün o gün olsun ki, Sizi 100 illik Yubileyiniz münasibətilə təbrik edək!...

 


Digər xəbərlər

0.25581908226013