“Neftçi” mərhələ keçsə, İspaniya nəhəngi ilə qarşılaşacaq
Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.
Püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) – “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.
“Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.
Azərbaycan kubokunun qalibi “Keşlə”ni isə “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) – “Slovan” (Bratislava, Slovakiya) mübarizə gözləyəcək. Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.
Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları isə avqustun 2-də keçiriləcək.
-
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün bilet satışına start verildi
...
-
Dadaş Dadaşbəyli Avropa çempionu oldu
...
-
“Olimpiya”(Ağcabədi) büdrədi, “Ərgünəş” yenə xala həsrət qaldı
...
-
"Hər oyuna maksimum nəticə üçün çıxacağıq"
...
-
B-Girl [Lee] və B-Boy [Button] Red Bull BC One Cypher Azerbaijan-ın çempionları oldular
...
-
Abdullah Zubir məşhur klubların diqqət mərkəzində
...
-
“Neftçi” “Zirə”ni məğlub etdi - Sumqayıtda bərabərlik
...
-
SOCAR əməkdaşları dövlət qurumları arasında keçirilən bilyard yarışının qalibi olublar - FOTOLAR
...
-
Red Bull BC One Cypher Azerbaijan yarışmasında xarici münsiflərinin master-klasları keçirilib
...
-
Fərid Qayıbov Dünya Etnosport Forumunda iştirak edir - FOTO
...