Bakıda məşhur marketin işçiləri dalaşdı - Ölən var

15:52 21-06-2018 | icon 2993
Bakıda məşhur marketin işçiləri dalaşdı - Ölən var

Bakıda məşhur marketin işçiləri arasında yaşanan insident ölümlə nəticələnib.

Iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.


Digər xəbərlər

0.3159031867981