“Neftçi”də biabırçılıq - Məşqə buraxılmadılar
“Neftçi”nin futbolçuları Mayk Kampaz və Lukas Qomez problemlə üzləşiblər. Futbolçular klubun bazasına buraxılmayıblar.
Bu barədə Kampaz şəxsi “İnstagram” hesabında paylaşım edib. O bildirib ki, bu gün məşq üçün klubun bazasına yollansalar da, mühafizəçilər onları içəri buraxmayıb: “Komanda yoldaşım Lukas Qomezlə birlikdə klubun bazasına getdik. Mühafizəçilər bizi içəri buraxmadı. Səbəb kimi isə klub rəhbərliyinin tapşırığını göstərdilər. Məşqlərə qatıla bilməməyimizlə bağlı bizə öncədən xəbərdarlıq edilməyib. Peşəkar oyunçu olaraq haqqımızı tələb edirik. Klubdan tələb edirik ki, dekabrın 21-dək olan müqavilə şərtlərinə əməl etsinlər”.
Qeyd edək ki, yeni baş məşqçi Roberto Bordinin gəlişindən öncə klub rəhbərliyi bu futbolçuları heyətdən göndərməyə çalışıb. Hələ ki, klubla cari ilin sonuna qədər müqaviləsi olan oyunçular paytaxt təmsilçisini tərk etmək fikrində deyillər. “Neftçi” rəhbərliyi futbolçulara təzminat verərək onları yola salmaq istəsə də, oyunçular bununla razılaşmayıblar.
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...