Azərbaycan nefti bahalaşıb

10:40 22-06-2018 | icon 134
Azərbaycan nefti bahalaşıb
loading...

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,31 dollar/barel çoxdur. 

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 72,60 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 20-də 73,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.


Digər xəbərlər

1.7393410205841