Yüksək çinli məmurlar parad hazırlığında - Video

17:01 22-06-2018 | icon 29
Yüksək çinli məmurlar parad hazırlığında - Video
loading...

Məlum olduğu kimi, bir neçə gün sonra Bakıda Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı hərbi parad keçiriləcək. 

 Azadlıq meydanında baş tutacaq parada hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Hazırlıqları yüksək vəzifəli şəxslər, o cümlədən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da izləyib.

Qeyd edilir ki, parad üçün sonuncu əsas təlim iyunun 24-də aparılacaq. Təlimdə eyni zamanda qırıcı təyyarələr havaya buraxılır, onların uçuşları yoxlanılır.

Azərbaycanın ali baş komandanı, prezident İlham Əliyevin də izləyəcəyi paradda ordumuzun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.

Qeyd edək ki, 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 

Pərvin Zeynal

 








Digər xəbərlər

0.66192698478699