Prezident Əlcəzairin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Əlcəzairin ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanın Əlcəzair ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu deyən dövlət başçısı vurğulayıb ki, siyasi əlaqələr çox yaxşı səviyyədədir, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında uğurlu əməkdaşlıq həyata keçirir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf ediləcəyinə əminliyi ifadə etdi.
Ədliyyə naziri Tayeb Louh Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...